Spiker: Azərbaycanın qazandığı uğurlar...

22.06.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. 

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb. 

Bildirilib ki, ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də məmnunluq doğurur. 

Spiker ötən ay Monteneqroda Aralıq Dənizi Parlament Assambleyasının parlament sədrlərinin birinci konfransı çərçivəsində qonaqla görüşünü xatırladaraq, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin mövcud səviyyəsini yüksək dəyərləndirib, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolunu və parlament dostluq qruplarının fəaliyyətini vurğulayıb. O, İordaniya parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi  Azərbaycana səfərə dəvətə və görüşə görə təşəkkürünü bildirib. 

Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşən qonaq iki ölkə arasındakı münasibətlərin dövlət başçılarımızın təşəbbüsləri və səyləri ilə inkişaf etdiyini vurğulayıb. 
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətindən danışan qonaq, bu tədbirin mühüm məsələlərin müzakirəsində vacib platforma olduğunu diqqətə çatdırıb.Söhbət zamanı Nümayəndələr Palatasının sədri parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb. O, bu səfərin və Azərbaycan parlamentinin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.

Görüş zamanı həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanları, o cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью