Spiker: Bakı Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədi qətiyyətlə rədd edir

19.12.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Avropa Parlamentinin Azərbaycana qarşı saxta ittihamlar əsasında  qəbul etdiyi qərəzli sənədi qətiyyətlə rədd edirik. 

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Sədr bildirib ki, Azərbaycan insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ölkədə demokratik institutlar inkişaf edir. 

Spiker əlavə edib ki, Azərbaycan əməkdaşlığa və dialoqa hazırdır, ancaq təzyiq dili ilə danışmaq mümkün deyil. "Ona görə də Avropa Parlamentinin saxta, qərəzli və müəyyən maraqlara xidmət edən  belə bir sənədin qətiyyətlə pisləyirik",-o qeyd edib.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью