Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Deputat Səyyad Salahlı Milli Məclisdəki büdcə zərfinin müzakirəsi zamanı ölkədəki inkişafdan danışıb.
Mia.az-ın məlumatına görə, O qeyd edib ki, inkişafımız hamımızın gözü qarşısındadır: “Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bu bizim şəhərimizdir?
Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxarmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın”.
Səyyad Salahlı ardınca detallara toxunub: “Xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 şagird təhsil alır.
Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir.
Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər.
Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur.