Spiker dollardan İMTİNA ETDİ

21.08.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf İran və İraqın aydın iqtisadi və ticarət yol xəritəsi hazırlamasını, həmçinin ABŞ dollarından asılılığı azaltmaq üçün hesablaşmalarda milli valyutalardan istifadəni təklif edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Mehr"  yazıb.

Qalibaf Bağdadda İran səfirliyində İran və İraq biznes nümayəndələri ilə görüşdə bildirib ki, hər iki ölkənin özəl sektoru institusional problemlərlə üzləşir. 

Onun sözlərinə görə, Bağdaddakı görüşdən sonra Tehranda İran Ticarət Palatasının nümayəndələri ilə toplantı keçirərək bu məsələlərin həlli üçün prioritet və praktiki yolları müəyyənləşdirmək niyyətindədir.

Qalibafın sözlərinə görə, İraq İranın sərhədyanı şəhərlərində yaşayan “ağıllı, səmərəli və istedadlı” işçilərin potensialından istifadə edə bilər:

"Bunun üçün iki ölkəyə tammiqyaslı iqtisadi və ticarət strategiyası lazımdır".Hərbi qarşıdurmadan danışan İran parlamentinin spikeri Tehranın müharibəyə can atması ilə bağlı ittihamları rədd edib:

“Biz heç vaxt müharibə istəməmişik. Lakin müsəlmanlar olaraq İslam ümməti prinsipinə inanırıq. Heç kimə ləyaqətimizi və şərəfimizi tapdalamağa imkan verməyəcəyik. Onları qorumaq üçün sərvətimizi və həyatımızı qurban verməyə hazırıq".

O əlavə edib ki, müharibə aparmış insanlardan başqa heç kim sülhün dəyərini bu qədər yaxşı bilmir. Onun sözlərinə görə, diplomatiya yalnız arxasında müharibəyə hazırlıq dayandıqda əhəmiyyət qazanır və irəliləyə bilir.

Qalibaf qeyd edib ki, İran və İraq təxminən yarım əsr ərzində “nə müharibə, nə də sülh” vəziyyətində olublar: 

"Bəzən isə eyni vaxtda həm müharibə, həm də sülh şəraitində yaşayıblar". Onun fikrincə, qeyri-sabitliyin səbəbi xarici qüvvələrin regionun insan, təbii və geosiyasi resurslarına nəzarət etmək cəhdi olub.

Spiker, həmçinin Hörmüz boğazının, Fars körfəzinin, Bab əl-Məndəb boğazının və Süveyş kanalının strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, dünya üzrə dəniz daşımalarının təxminən 75%-i müsəlman ölkələrinin nəzarət etdiyi ərazilərdən keçir.“Düşmən bizim resurslarımızı və xammalımızı talamaq üçün gəlib”, — deyə o bildirib.

Qalibaf İran və İraq arasında ticarətdə dollardan imtina edilməsinə xüsusi diqqət yetirib və ABŞ-nin hökmranlıq dövrünün başa çatdığını bildirib.

Biznes nümayəndələrinə müraciət edən Qalibaf deyib:

“Amerikalılar və israillilər başa düşdülər ki, İranı və İraqı hərbi yolla məğlub edə bilməzlər. Buna görə də koqnitiv və iqtisadi müharibəyə keçdilər. İndi bu meydanda siz əsgər və komandirlərsiniz”.

Bununla yanaşı, Qalibaf vurğulayıb ki, hərbi gücün özü dövlətin davamlılığına zəmanət vermir. “Hərbi gücümüzün nə qədər böyük olmasının əhəmiyyəti yoxdur: əgər insanlar acdırsa, maliyyə dövriyyəmiz, iqtisadi artımımız və milli istehsalımız yoxdursa, biz yaşaya bilmərik”, — deyə spiker bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik və iqtisadiyyat “eyni bədənin iki qanadıdır”:" İnvestisiya üçün təhlükəsizlik lazımdır, lakin təhlükəsizliyin özü də iqtisadi baza olmadan davamlı ola bilməz".

Qalibaf görüş zamanı İran və İraqın özəl sektorunun səkkiz nümayəndəsi bank tənzimlənməsi, qanunvericilik və gömrük məsələlərini qaldırıblar. Onlar, həmçinin xüsusilə İranın sərhədyanı şəhərlərində birgə sənaye zonalarının yaradılmasını, ikitərəfli ticarətdə dollardan imtinanı, İraq dinarı və İran rialından istifadəni təklif ediblər. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью