Spiker Fəzail Ağamalının ailəsinə başsağlığı verdi

10.02.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova keçmiş deputat Fəzail Ağamalının vəfatı ilə bağlı başsağlığı verib.  

"Unikal" xəbər verir ki, spiker bu barədə parlamentin bu gün keçirilən plenar iclasında danışıb.

“Bildiyiniz kimi, bizim keçmiş həmkarımız, Milli Məclisin 6 çağırış deputatı olan Fəzail Ağamalı vəfat edib. Fəzail Ağamalı ictimai-siyasi şəxs idi. Onun vəfatı ilə əlaqədar həmkarımız Günay xanıma, ailəsinə və onu tanıyan hər kəsə başsağlığı veririk. Allah rəhmət eləsin”, - MM sədri bildirib.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью