Spiker: Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək Azərbaycanda özəl xəbə…
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır. Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək.
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına qoşulması üçün danışıqlar mərhələsinin başlanmasını tövsiyə etməməsinə dair hesabata münasibət bildirərkən deyib.
Spiker bildirib ki, Gürcüstanın maraqlarına görə, Rusiya əleyhinə sanksiyaların tətbiqi yoxdur və olmayıb: "Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək.
Əgər buna görə Avropa İttifaqından aşağı qiymət alsaq belə, bu, olmayacaq" ///Report Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu