Spikerin müavini olacaq FOTO

26.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistan parlamentinin sədr müavini vəzifəsinə yeni namizəd irəli sürülüb.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə 40 yaşlı Alxas Qazaryanın namizədliyi təqdim olunub.

Məlumata görə, Alxas Qazaryanın namizədliyi hakim "Vətəndaş Müqaviləsi" partiyası tərəfindən parlament rəhbərliyinə təqdim edilib və onun təsdiq olunması parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavinləri parlamentin idarə olunması, plenar iclasların təşkili və digər parlament fəaliyyətinin koordinasiyasında əsas rol oynayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью