Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
Burada evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir.
Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.