Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. "15 nəfərin ölümü ilə bağlı baş verən hadisə kriminal sayılır.
Bu, ciddi hadisədir və böyük araşdırma tələb edir". Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Professor bu hadisədə kriminal faktorların olduğunu diqqətə çatdırıb: "Cinayət işi açılıb, araşdırılandan sonra ictimaiyyətə məlumat verilməlidir.
Belə halların qarşısının alınması üçün lazımı tədbirlər görülməlidir".
Adil Qeybulla hesab edir ki, əgər bu qida keyfiyətinə aiddirsə, hadisə ilə bağlı aidiyyatı qurumlar da məsuliyyət daşıyırlar: "Çünki bu cür məhsulların, ərzaqların satışda olması və s.
mahiyyəti araşdırılmalıdır. İkincisi, bəzən insanlar əldə düzələn və eləcə də apteklərdə dizenfeksiya məqsədi ilə satılan spirtlərdən istifa
Həmin spirtlərin tərkibi müxtəlif ola bilər. Onların daxilə qəbulu qətiyyən məqsədəuyğun deyil.
Əldə düzələn spirtlərin tərkibində toksiki maddələr yüksək ola bilər və sonda zəhərlənməyə gətirib çıxardar.