Spirtli içki aslılığının ƏLAMƏTLƏRİ

30.09.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həkim Cian Fernando gizli alkoqolizmin əsas əlamətini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə danışıb.

“Əgər stress zamanı ilk reaksiyanız özünüzə bir qədəh şərab süzməkdirsə, günün böyük hissəsində spirtli içki qəbul edirsinizsə və ya bir həftə ərzində nə qədər içdiyinizi xatırlamırsınızsa, bu, asılılığın açıq əlamətləridir”, - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, rəsmi tövsiyələrə əsasən, həftəlik spirtli içkinin maksimal qəbul norması üç litr yüngül pivə və ya orta dərəcəli altı qədəh şərabdan çox olmamalıdır. Lakin böyüklərin 24 faizi bu normanı mütəmadi olaraq aşır.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью