Spirtli içkidən növbəti ölüm Beyləqanda QEYDƏ ALINDI

07.03.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Beyləqanda spirtdən zəhərləndiyi ehtimal olunan gəncin həyatın xilas etmək mümkün olmayıb. 
Bizim.Media xəbər verir ki, 29 yaşlı Səyyad Vəlizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilərkən keçinib. 
Yaxınları mərhumun spirtli içkidən zəhərləndiyini deyib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, son günlərdə Bakıda ümumilikdə 23 nəfər spirtli içkidən zəhərlənərək həyatını itirib.
Bizim.Media, Qarabağ bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью