Spirtli içkinin ən çox içildiyi ölkələr...

04.02.2026

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Postsovet ölkələri arasında ən çox spirtli içki istehlakı Gürcüstanda olub. Bu ölkədə adambaşına illik 15,5 litr içki düşür.

Reyting.az-ın məlumatına görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il üzrə hesabatında bildirilir.

Cüzi dəyişən reytinq cədvəlinə görə, bu siyahıdakı ikinci ölkə 14,7 faizlə Latviya, üçüncü yerin sahibi isə Moldovadır (14,1).

Rusiya və Estoniya isə hər biri adambaşına 10,5 litr göstərici ilə orta səviyyədədir.

Ukraynalıların çoxu bir il ərzində 7,4 litr spirtli içki qəbul edir.

Siyahıda yer alan Ermənistanın göstəricisi fərqlidir - 4,3 litr.

Bu siyahıdakı digər keçmiş sovet respublikası Tacikistanın göstəricisi tamamilə minimum həddədir. Bu ölkədə adambaşına düşən spirtli içkinin miqdarı 0,7 litr olduğundan Tacikistan vətəndaşları içkidən ən az istifadə edənlər sırasındadır.

Xatırladaq ki, 2022-ci ildə dünya üzrə orta göstərici 5,8 litr olmuşdu. 2025-ci ilə qədər isə bu rəqəm demək olar ki, cüzi dəyişikliyə məruz qalmış, statistik düşmələrlə bərabər, reytinq cədvəlində yüksəlmələrlə müşahidə olunmuşdu.

Ümumdünya Səhiyyə Təşkilatının 2026-cı ildə təqdim etdiyi və 2022-ci il göstəriciləri üzrə müqayisələndirdiyi hesabatda xüsusi qeyd edilib ki, əksər post­sovet ölkələrində spirtli içkilər istehlakı dünya səviyyəsindən də yüksəkdir.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью