Spirtli içkinin təbliğinə görə İTV 3 min manat cərimələnib

14.02.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən il İctimai Televiziya 3 min manat cərimələnib.

Modern.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, buna səbəb efirdə yayımlanan proqramda spirtli içkinin təbliği olub:

“Bununla bağlı Audiovizual Şuraya vətəndaş şikayət etmişdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью