Sportinq in futbolçusu A Seriyasında çıxış edə bilər

20.04.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Sportinq"in müdafiəçisi Usman Diomande karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Milan" Fil Dişi Sahili millisinin üzvünün xidmətində maraqlıdır.

Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

"Rossonyerilər" Diomandeni uzun müddətdir yaxından izləyir. A Seriyası təmsilçisi 22 yaşlı futbolçunu yayda transfer etməyə çalışacaq.

Qeyd edək ki, "Sportinq" Usman Diomandeni 2023-cü ilin yanvarında "Midyullann"dan 14,5 milyon avroya transfer edib. Mərkəz müdafiəçisi bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.

Hansı oyun, hansı kanalda? - TV AFİŞA İspaniya Kubokunun qalibi bəlli olub “Yuventus”da yeni müqavilə - RƏSMİ “Yunayted”də ciddi itki Premyer Liqaya yüksələn ilk klub bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью