Sportinq ötən ay təyin edilən baş məşqçini göndərdi

23.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliyanın "Sportinq" klubu baş məşqçi Joao Pereyra ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə "A Bola"  nəşri məlumat yayıb.

40 yaşlı mütəxəssis ötən ayın 11-də "Sportinq"də Ruben Amorimi əvəzləmişdi. O, uğursuz nəticələrə görə komandadan göndərilib. Klub hələlik bu barədə açıqlama yaymayıb.

Qeyd edək ki, "Sportinq" Pereyranın rəhbərliyi altında keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 4 dəfə isə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью