“Sportinq” Suares üçün qiymət qoydu

14.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliyanın “Sportinq” klubu 28 yaşlı hücumçusu Luis Suaresi yay transfer dövründə komandadan buraxmağı planlaşdırmır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.

Daha əvvəl “Barselona”nın “Atletiko”dan (Madrid) Xulian Alvaresin transferini gerçəkləşdirə bilməyəcəyi təqdirdə Suaresi alternativ variant kimi nəzərdən keçirdiyi bildirilirdi.

Mənbənin məlumatına görə, Lissabon təmsilçisi kolumbiyalı forvardı komandanın açar oyunçularından biri hesab edir və iyun ayından etibarən bütün maraqlanan tərəflərə futbolçunun təzminat məbləğinin 80 milyon avro olduğunu bildirir.

Qeyd edək ki, 2025-ci ilin yayından “Sportinq”in şərəfini qoruyan Luis Suaresin klubla müqavilə müddəti 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью