Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sportinq”in futbolçusu Morten Yulmann karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko” yarımmüdafiəçinin transferi üçün Portuqaliya klubu ilə danışıq aparır. Bu barədə AS nəşri məlumat yayıb.
Madrid təmsilçisi Yulmannla şəxsi razılığa gəlib. Klublar arasında danışıqlar davam edir.
27 yaşlı futbolçu ötən mövsüm 27 oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.