Sportinqin futbolçusu klubu tərk edə bilər

25.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Sportinq"in yarımmüdafiəçisi Morten Hjulmannla "Arsenal" və "Tottenhem" maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Topçular" və "Spurs" qarşıdakı transfer pəncərəsində 25 yaşlı futbolçu üçün mübarizə aparacaq.

Morten Hjulmann bu mövsüm "Sportinq"in heyətində 43 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью