“Sportinq”in yeni baş məşqçisi müəyyənləşib İdman və Biz

26.12.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sportinq"in yeni baş məşqçisinin adı bəlli olub.

İdman.biz xəbər verir ki, Lissabon klubu portuqaliyalı Ruy Borjeşə həvalə edilib.

43 yaşlı çalışdırıcı "Vitoriya"dan gəlib. Borjeşin "Sportinq"ə keçidi üçün Gimarayş təmsilçisinə 4 milyon avro ödənilib. O, bu postda Joau Pereyranı əvəzləyib.

Qeyd edək ki, Ruy Borjeşin “Sportinq”də debütü dekabrın 29-da Portuqaliya çempionatının lideri "Benfika" ilə matçda reallaşacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью