Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Spotify" platforması 2025-ci ilin ən çox dinlənilən musiqiçiləri, mahnıları və albomlarını açıqlayıb.
Axşam.az xəbər verir ki, dördüncü dəfə (2020, 2021 və 2022-ci illərdən sonra) əsas artist titulu "Bad Bunny"yə məxsus olub.
Onun mahnıları platformada 19,8 milyard dəfə dinlənilib. Beşlikdə həmçinin Teylor Svift (dünya üzrə ikinci, ABŞ-də birinci), "The Weeknd", D
İlin ən populyar mahnısı Lady Qaqa və Bruno Marsın ifa etdiyi “Die With a Smile” olub. Bu trek 1,7 milyard dinlənmə toplayıb.
Billi Aylişin “Birds of a Feather” mahnısı isə 2024-cü ildə üçüncü yerdə olsa da, bu il ikinci yeri tutub.
Üçüncü pillədə isə "Blackpink" qrupunun solisti Rozé və Bruno Marsın birgə ifa etdiyi “Apt” yerləşib.
İlk beşliyi Aleks Uorrenin “Ordinary” və "Bad Bunny"nin “DtMF” mahnıları tamamlayır.