Spotify Belarusda fəaliyyətini dayandıracaq

28.11.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Məşhur musiqi plartforması "Spotify" Belarusda fəaliyyətini dayandıracaq.

Kulis.az xəbər verir ki, plartforma dekabrın 1-dən etibarən Belarusda əlçatan olmayacaq.

Buna səbəb şirkətin ölkə büdcəsinə ƏDV borcunu ödəməməsidir.

Belarusun Vergilər və Rüsumlar Nazirliyi, abunəliyə görə ödənilən, lakin istifadə olunmayan xidmətlərin pulunu geri almaq istəyənlərə birbaşa "Spotify" şirkətinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Spotify 2006-cı ildə İsveçdə yaradılıb.

Platformada musiqi, podkast və audiokitablar təqdim olunur.

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri Azərbaycan Dövlət Yuğ Teatrında yeni premyera Fətəli xan Xoyskinin qardaşı oğlu Türkiyəyə niyə qaçmışdı? - Xoyskilər ailəsinin bilinməyən hekayəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью