Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Spotify" Belarusda fəaliyyətini dayandırır.
Axşam.az xəbər verir ki, musiqi platforması dekabrın 1-dən etibarən Belarusda əlçatan olmayacaq. Buna səbəb şirkətin ölkə büdcəsinə ƏDV borcunu ödəməməsidir.
Belarusun Vergilər və Rüsumlar Nazirliyi, abunəliyə görə ödənilən, lakin istifadə olunmayan xidmətlərin pulunu geri almaq istəyənlərə birbaşa "Spotify" şirkətinə müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, Spotify 2006-cı ildə İsveçdə yaradılıb. Platformada musiqi, podkast və audiokitablar təqdim olunur.