Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Spotify" musiqi platforması 20 illiyi münasibətilə “Your Party of the Year(s)” adlı yeni funksiyanı istifadəyə verib.
Axşam.az xəbər verir ki, bu funksiya vasitəsilə istifadəçilər qeydiyyatdan keçdikləri gündən etibarən hesablarının bütün musiqi tarixçəsini araşdıra bilirlər.
Yeni bölmə istifadəçilərə "Spotify"a qoşulduqları tarixi, ilk dinlədikləri mahnını və digər fərdi statistik məlumatları göstərir. Bundan əlavə, servis istifadəçilərin ən çox dinlədiyi 120 mahnını bir araya gətirən “All-Time Top Songs” adlı xüsusi pleylist də hazırlayır.
Funksiyadan istifadə etmək üçün tətbiqin axtarış hissəsinə “Spotify 20” və ya “Party of the Year(s)” ifadəsini yazmaq kifayətdir. Yenilik həm ödənişli abunəçilər, həm də pulsuz istifadəçilər üçün əlçatandır.