Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Billi Aylişin “Birds Of A Father” mahnısı “Spotify”da 4 milyard dinlənməni keçərək platforma tarixində bu göstəriciyə çatan ilk qadın solo ifaçı mahnısı olub.
OLAY yazır ki, “Birds of a Feather” ilin əvvəlində “Tones and I”ın “Dance Monkey” mahnısını geridə qoyaraq “Spotify” tarixində ən çox dinlənilən qadın solo mahnısı adını qazanmışdı. İndi isə 4 milyard dinlənmə həddini keçərək bu rekordu daha da irəli aparıb.