“Spotify”dan yeni rekord: 300 milyon ödənişli abunəçi

06.08.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Musiqi yayım platforması “Spotify”ın ilk dəfə ödənişli abunəçi sayı 300 milyonu, aylıq aktiv istifadəçi sayı isə 777 milyonu ötüb.

“Bakupost” xəbər verir ki, şirkət bununla ötən ilin eyni dövrü ilə müqayisədə istifadəçi sayını 12% artırıb.

“Spotify” bildirib ki, premium abunəçilərin sayı rüblük müqayisədə 9% artıb. Şirkət qiymət artımlarına və tətbiqdə yaşanan bəzi texniki problemlərə baxmayaraq, istifadəçi bazasını genişləndirməyə davam edib.

Platformanın ikinci rüb üzrə gəliri 4,8 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Hazırda “Spotify” musiqi yayımı bazarında lider mövqeyini qoruyur. Şirkəti “Tencent Music Entertainment”,”YouTube Music”, “Apple Music” və “Amazon Music” izləyir. “Spotify”ın ödənişli abunəçi sayı “Apple Music”in istifadəçi bazasını təxminən üç dəfə üstələyir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью