Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
İstifadəçilər “Spotify” musiqi platformasının fəaliyyətində fasilələr barədə məlumat veriblər.
Yeniavaz.com xəbər verir ki, bu, məşhur internet resurslarını izləyən “Downdetector” portalının məlumatlarına əsasəndir.
Məlumata görə, istifadəçilərin 72%-i veb saytın işindən şikayətlənir, 13%-i tətbiqdən istifadədə çətinlik çəkir, daha 9%-i isə server bağlantısı problemləri ilə qarşılaşıb.
Qeyd edilib ki, ABŞ-də 1600-dən çox istifadəçi xidmətdə fasilələr barədə məlumat verib. Böyük Britaniyada (275) və Kanadada (228) da fasilələr qeydə alınıb.