Sprut serialının aktyoru qəflətən öldü Foto

04.10.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur italyan aktyor Remo Cirone vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, 77 yaşlı aktyor Monakodakı evində qəflətən dünyasını dəyişib.

Xatırladaq ki, Remo Cirone, xüsusilə "Sprut" kult serialında canlandırdığı mafioz "Tano Kariddi" obrazı ilə geniş şöhrət qazanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью