“Sputnik Azərbaycan” əməkdaşlarının şikayəti rədd edildi

07.07.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində olan qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axşam.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью