“Sputnik Azərbaycan”ın şef redaktoru da buraxıldı KONKRET

24.10.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov ev dustaqlığına buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Məhkəməsi “Sputnik Azərbaycan”ın Yevgeni Belousovun işi üzrə vəsatətə baxıb:

“Məhkəmə vəsatəti təmin edib və Belousov ev dustaqlığına buraxılıb”.

Qeyd edək ki, daha öncə agentliyin icraçı direktoru İqor Kartavıx həbsdən azad edilmiş, bundan sonra isə Azərbaycanı tərk edərək Rusiyaya getmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью