“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi RƏSMİ

24.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Rossiya Segodnya”nın (“Sputnik- Azərbaycan”) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Bildirilib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Həmçinin “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası da ləğv edilib.

“Cebheinfo.az”
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью