Squid gameə görə 9 dişini çəkdirdi FOTO

12.11.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreyanın məşhur "Squid game" serialının yaradıcısı Hvaq Donq-Hyuk ekran işinin çəkilişləri zamanı stress səbəbindən doqquz dişindən məhrum olub.

Publika.az xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində danışıb. O, layihənin ikinci mövsümünü çəkmək niyyətində olmadığını etiraf edib və bunu yalnız pul müqabilində etməyə razılaşıb:

“İlk mövsüm dünya miqyasında böyük uğur qazansa da, düzünü desəm, çox pul qazanmadım, ona görə də ikinci mövsüm mənə birincinin əvəzini çıxmağa kömək edəcək. İkinci mövsümün prodüsserliyi təzyiqi üzündən dişləri yenidən ağrıyır. Hələ diş həkiminə getməmişəm, amma çox güman ki, tezliklə daha bir neçəsini çıxarmalı olacağam".

(Axşam.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью