Şrek, Labubu və Mario paradda... Fotolar

28.11.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Nyu-York şəhərində 99-cu ənənəvi Şükranlıq Günü paradı keçirilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Macy's” univermağının sponsorluğu ilə təşkil edilən tədbirdə bu il yenilənmiş Şrek, Labubu, Mario və “K-pop: Demon ovçuları” cizgi filminin personajları debüt ediblər.

Yerli sakinlər və turistlər yürüşə tamaşa etmək üçün şəhərin mərkəzi küçəsinə toplaşıblar. 

600 kloun, 11 orkestr, 27 platforma və 32 şişirdilmiş fiqurun keçid etdiyi parad maraqlı görüntülərlə yadda qalıb.  

Həmin görüntüləri təqdim edirik:

















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью