Şri Lankada avtobus qəzasında rusiyalı turistlər xəsarət alıb

17.01.2025

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Şri-Lankada rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb, sürücü həlak olub.

"Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Adaderana” xəbər portalı məlumat yayıb.

Qəzada 19 nəfərin xəsarət aldığı qeyd olunur. Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, avtobus sement daşıyan yük maşını ilə toqquşub.

Qeyd edək ki, qəza zamanı avtobusda təxminən 30 rusiyalı turistin olduğu bildirilir.

Havar Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью