Şri Lankada daşqınlar 56 nəfərin ölümünə səbəb olub

28.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Şri-Lankada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 56-ya yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi Mərkəzi 21 nəfərin itkin düşdüyünü, yüzlərlə evin və müxtəlif infrastruktur obyektlərinin su altında qaldığını açıqlayıb.

Məlumata görə, hökumət təhlükəsizlik məqsədilə bütün dövlət idarələrinin və məktəblərin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Dağlıq bölgələrdə sürüşmələr səbəbindən bir sıra qatar xətləri bağlanıb, nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər tətbiq edilib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью