Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şri-Lanka məhkəməsi dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinən, ölkənin həbsdə olan keçmiş prezidenti Ranil Vikramasinqheni (2022-24) zaminə buraxıb.
Oxu.Az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, Vikramasinqhenin işi üzrə yeni məhkəmə iclası oktyabrın 29-na təyin edilib.
Kolombo məhkəməsi ona qarşı ittihamlara videokonfrans vasitəsilə baxıb.
Şri-Lankanın keçmiş prezidenti xəstəliyi səbəbindən məhkəməyə şəxsən gələ bilməyib.
Xatırladaq ki, avqustun 22-də Ranil Vikramasinqhenin dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunaraq həbs edildiyi barədə məlumat yayılıb.
Şri-Lankanın keçmiş prezidenti ifadə vermək üçün gəldiyi Cinayət Axtarış Departamentində nəzarətə götürülüb.
İstintaq Vikramasinqhenin həyat yoldaşı, professor Maytri Vikramasinqhenin məzunluq mərasimində iştirak etmək üçün Londona səfərini əhatə edir.