Şri Lankada vəhşi fil macar turisti tapdalayaraq öldürüb

18.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 fevral, AZƏRTAC

Şri-Lankada vəhşi fil macarıstanlı turisti həyat yoldaşının gözü qarşısında tapdalayaraq öldürüb.

AZƏRTAC xəbər verir ki, “The Sunday Times” qəzetinin məlumatına görə, faciə fevralın 16-da baş verib. 67 yaşlı professor Yo Anten həyat yoldaşı ilə birlikdə hotelə qayıdarkən filin hücumuna məruz qalıb. Turist Siqiriya kənd xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yerli polis əməkdaşının sözlərinə görə, ərazidə təhlükəli vəhşi heyvanlar barədə xəbərdarlıq lövhələri asılıb, lakin turistlər çox vaxt buna məhəl qoymurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью