ŞriLankada daşqınlar 400 mindən çox insana ziyan vurub

29.11.2024

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şri-Lankankada leysan yağışlar və daşqınlar nəticəsində 24 rayonda təxminən 402 min insan zərər çəkib, kəskin hava şəraiti nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Olunması Mərkəzi məlumat yayıb.

Mərkəz, ümumilikdə 401 707 nəfərin təsirləndiyini bildirib. Təbii fəlakət nəticəsində 2000-dən çox evin tamamilə və ya qismən dağılıb.

64 min hektar əraziyə təsir edən leysan yağışları və sonrakı daşqınlar çəltik sahələrinə ziyan vurub.

Qeyd edilib ki, təxminən 20.000 insan daşqınlardan ciddi şəkildə zərər çəkmiş ərazilərdən təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью