ŞriLankada daşqınlar 400 mindən çox insana ziyan vurub AZƏRTAC

29.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

Şiddətli yağışlar və daşqınlar Şri-Lankanın 24 rayonunda təxminən 402 min insana ziyan vurub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, kəskin hava şəraiti nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Ölkənin Fəlakətlərin İdarə Olunması Mərkəzinin açıqlamasına görə, təxminən 20 min sakin təxliyə edilib. Daşqınlar 64 min hektar sahədə çəltik əkinlərinə ziyan vurub.

Yerli Meteorologiya Departamentinin məlumatına görə, Şri-Lankanın əksər ərazilərində güclü yağışların davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью