Srvena Zvezda ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub

07.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

UEFA Çempionlar Liqasında Serbiyada "Srvena Zvezda"nı 5:2 hesabı ilə məğlub edən "Barselona"nın gənc oyunçusu Pau Kubarsinin zədəsi ciddi olub.

Oxu.Az xəbər verir ki, matçın 67-ci dəqiqəsində gənc futbolçunun üzünə endirilən zərbə Kubarsinin meydanı tərk etməsi ilə nəticələnib.

Rəqib oyunçu butsu ilə onun başına zərbə endirib. Kubarsi dərhal meydanı tərk edib. Oyundan sonra futbolçunun üzünə bir neçə tikiş qoyulub.

Qeyd edək ki, "Barselona" dörd turdan sonra turnir cədvəlində doqquz xalla altıncıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью