Srvena Zvezda nın Juninyo üçün təklifi bəlli oldu

27.12.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın hücumçusu Olavio Juninyoya “Sevilya”dan əvvəl “Srvena Zvezda”nın maraq göstərməsi haqda xəbər vermişdik. 

Apasport.az saytına verilən məlumata görə, əslində, Serbiya klubu braziliyalı hücumçu üçün 3 milyon avro təklif edib.

Amma “Sevilya”nın israrlı təklifi forvardın fikrini yalnız İspaniya klubuna yönəldib.

Belə olan halda, “Srvena Zvezda” onun uğrunda mübarizədə geri çəkilib. “Qarabağ”ın hücumçusunun İspaniya La Liqasına getmək istəyi daha çox olub. 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
 

“Real Madrid" stadionunun adını dəyişəcək Həyat yoldaşından Fatih Terimə məsləhət: "Əsla bunu etmə..." Bu il Azərbaycanda 79 beynəlxalq yarış keçirilib Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb Cəlal Hüseynov yenidən "Şamaxı"da
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью