Srvena Zvezda yeni baş məşqçi ilə anlaşıb

14.12.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Srvena Zvezda"nın baş məşqçisi Vladan Miloyeviçlə yolları ayıracaq. Sport24.az "SportSport"a istinadən xəbər verir ki, klub rəhbərliyi 55 yaşlı mütəxəssisin işindən narazıdır.

Mənbənin sözlərinə görə, artıq onu kimin əvəz edəcəyi də müəyyənləşib. Bu günlərdə Moskva "Spartak"ın qovulan Deyan Stankoviç Belqrad təmsilçisinin "sükanı arxasına2 keçəcək. Artıq onunla bütün detallar barədə razılıq əldə olunub.

Qeyd edək ki, Miloyeviç dekabrın 20-də baş tutacaq "Mladost Belqrad"la oyundan sonra postundan ayrılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью