“Srvena Zvezda” yeni baş məşqçi ilə razılığa gəlib

14.08.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Liverpul"un keçmiş oyunçusu Albert Riera Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi təyin olunmağa yaxındır.

İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.

Romano qeyd edib ki, ispaniyalı yeni klubu ilə müqaviləni razılaşdırıb.

Mənbənin məlumatına görə, müqavilə agent Endi Baranın vasitəçiliyi ilə əldə edilib. "Srvena Zvezda"da Riera Deyan Stankoviçin yerinə keçəcək.

44 yaşlı Riera son olaraq 2026-cı ilin fevralından may ayına qədər komandaya rəhbərlik etdiyi "Ayntraxt Frankfurt"u çalışdırıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью