SSRİ bayrağı qaldırılan tədbir şuranın saytından silindi

15.05.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İmişli rayon Ağsaqqallar Şurası tərəfindən rayonun Sarıxanlı kəndində keçirilən SSRİ bayraqlı və "Georgi lentli" 9 may tədbiri ciddi qınağa səbəb olub. Bunun nəticəsində İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov da vəzifəsindən azad edilib. 

"Unikal"ın məlumatına görə, sözügedən tədbirlə bağlı məlumat və fotolar Azərbaycan Ağsaqqallar Şurasının göstərişi ilə rayon Ağsaqqallar Şurasının saytından silinib. 

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin tapşırığına əsasən, hazırda təşkilatın bütün şəhər və rayon filiallarında hesabat konfransları keçirilir. 

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью