Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sovet İttifaqı dünya səviyyəli avtomobilləri ilə seçilməsə də, maraqlı təşəbbüslər az olmayıb.
Avtosfer.az xəbər verir ki, 1964-cü ildə maraqlı bir taksi prototipi hazırlanır. Maşın quruluşca indiki London taksilərini xatırladırdı. Lakin, qapılar tam elektrikli idi, hər 2 tərəfdən minib düşmək mümkün idi. Döşəmə düz və salon geniş olduğu üçün bir uşaq arabası rahatlıqla yerləşirdi.
Sınaqlar özünü doğrultsa da, məmurlar əlavə avadanlıq almamaq üçün maşını istehsala buraxmadılar.
ABŞ kəşfiyyarının o dövrdəki məxfi sənədlərində göstərilir ki, sovet texnikasının naqisliyinin səbəblərini mühəndislərdə deyil, partiyakratlarda axtarmaq lazımdır. Bu fikirlə AMEA-nın akademiki Jores Alfyorov da razılaşır.
Vüqar