SSRİ ni görün kim dağıdıb: Duqin ad çəkdi VİDEO

22.01.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kremlin ideoloqlarından olan Aleksand Duqin SSRİ-nin dağılmasında Çeburaşkanı günahlandırır.

Globalinfo.az xəbər verir ki, Duqinin fikrincə Çeburaşka Sovet İttifaqının dağılmasının səbəblərindən biri olub.

Filosof hesab edir ki, SSRİ-nin dağılması ilə bağlı hadisələrə Çeburaşkanın təsiri prizmasından da baxmaq olar.

Xatırladaq ki, rusiyalı ideoloq Aleksandr Duqin “Çeburaşka” filmini və onun baş qəhrəmanı Çeburaşka obrazını sərt şəkildə tənqid edib. Duqinin fikrincə, bu obraz “zehni zəifliyin konsentrasiyalı ifadəsi”dir və mədəni tənəzzülün simvolu sayılmalıdır.

O, Çeburaşkanın populyarlığını SSRİ-nin dağılmasından əvvəlki dövrlə əlaqələndirərək bildirib ki, cəmiyyət ideallar və üsyankar ruhdan uzaqlaşaraq, xırda burjua düşüncəsinə və əyləncəyə yönəlir. Duqinin sözlərinə görə, bir qəhrəmanın bu qədər sevilməsi cəmiyyətin “ölümqabağı sindromu”nu əks etdirir.

O, bu prosesi SSRİ-nin süqutundan əvvəl geniş populyarlıq qazanmış “Taleyin ironiyası” filmi ilə müqayisələndirərək, oxşar mədəni əlamətlərin imperiyanın sonunu gətirdiyi iddia edib. Bu açıqlamalar sosial şəbəkələrdə ciddi tənqid və geniş müzakirələrə səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью