SSRİ ni tərk edən məşhur artist vəfat etdi FOTO

04.06.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər İsraildə yaşayıb-yaratmış məşhur xoreoqraf Valeri Panov 86 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə "Ashdodnet.com" saytı məlumat yayıb.

Məlumata görə, dəfn mərasimi Aşdod şəhərindəki qəbiristanlıqda keçiriləcək.

"Şəhər üçün böyük itki. Aşdodu dünya baletinin xəritəsinə salan dünyanın ən böyük balet artistlərindən biri", - nekroloqda deyilir.

Xatırladaq ki, Panov sovet dövründə Mixaylovski və Mariinski teatrlarının solisti olub. 1974-cü ildə İsrailə köçüb. Xoreoqraf RSFSR-in əməkdar artisti, Qlinka adına Dövlət Mükafatı laureatı idi. Rəqqas filmlərdə də rol alıb. Onun filmoqrafiyasına “Yatmış gözəl”, “Qu gölü” və “Bizdən biri” filmləri daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью