SSRİ nin Cavid qorxusu İblis əslində, kim idi? | Icma.az
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kulis.az Ülviyyə Quliyevanın "Hüseyn Cavid – Azərbaycan romantizminin parlaq siması" yazısını təqdim edir.
Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olmuş, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının ən görkəmli nümayəndələrindən biri kimi tanınmışdır.
Onun bədii irsi təkcə milli ədəbiyyatın deyil, ümumilikdə Şərq və dünya ədəbiyyatının da dəyərləri sırasında xüsusi yer tutur.
Hüseyn Cavid (1882–1941) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, romantizm cərəyanının əsas təmsilçilərindən sayılır.
Onun dramaturgiyası və poetik yaradıcılığı milli-mənəvi dəyərlərin, fəlsəfi və bəşəri ideyaların ifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu məqalədə Hüseyn Cavidin həyat yolu, ədəbi fəaliyyət istiqamətləri, ideya-estetik axtarışları və Azərbaycan ədəbiyyatına töhfələri elmi-nəzəri baxımdan təhlil olunur.
İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır.
Tam oxu
Xəbəri oxu