SSRİ nin sonuncu ordu komandanının meyiti tapılıb

04.05.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Sovet generalı Stanislav Petrovun  yaşadığı mənzildə meyiti tapılıb.

Azpost.info -nun məlumatına görə, TASS tibb xidmətindəki mənbəyə istinadən xəbər verir ki, sovet hərbi rəhbəri general-polkovnik Stanislav Petrov ağır xəstəlikdən sonra mənzilində vəfat edib.

Agentliyin mənbəyi bildirib ki, 87 yaşlı Stanislav Petrovun cəsədi Serafimoviç küçəsindəki yaşayış binasında tapılıb. O, son vaxtlar ağır xəstə idi.

Petrov SSRİ-də kimyəvi müdafiə qoşunlarının qurucularından biri olub. O, 1959-cu ildən bu bölmələrdə xidmət edib və Çernobıl nüvə qəzasından sonra təmizləmə işlərində iştirak edib.

General-polkovnik SSRİ-nin kimyəvi müdafiə qoşunlarının sonuncu komandanı və Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının ilk rəisi olub. Petrov hərbi elmlər doktoru adını daşıyırdı və 1991-ci ildə Lenin mükafatına layiq görülüb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью