SSRİ nin sonuncu rəhbər i həbs olunub

09.07.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Moskvada özünü "Sovet İttifaqı Kommunist Partiyasının baş katibi" adlandıran 80 yaşlı Vladimir Koryakin həbs edilib.

Modern.az xəbər verir ki, "Mash" Telegram kanalının məlumatına görə, təqaüdçü barəsində ekstremizm maddəsi ilə cinayət işi açılıb və o, istintaq təcridxanasına göndərilib.

İstintaqın məlumatına görə, Koryakin Rusiyada fəaliyyəti qadağan olunmuş "SSRİ vətəndaşları" təşkilatının liderlərindən biri olub. 80 yaşlı kişi 35 ildir ki, Sovet İttifaqının süqutunu qəbul etmir və bu ideologiyanı ətrafındakılara da aşılayırmış.

Qeyd edək ki, bu təşkilatın üzvləri müasir Rusiya dövlətinin mövcudluğunu tamamilə inkar edir, rəsmi sənədləri tanımır və dövlət qurumlarına qarşı çıxış edirlər.

Hazırda Vladimir Koryakinin işi ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью