Icma.az bildirir, Sia Az portalına istinadən.
SSRİ-nin sonuncu geologiya naziri, separatçı erməni Qriqori Qabrielyants 93 yaşında ölüb. SİA xəbər verir ki, erməni mediasının məlumatına görə, o, noyabrın 22-də Moskvada ölüb.
1934-cü ildə Bakıda anadan olan Qabrielyants Azərbaycan Sənaye İnstitutunu bitirib. O, 1989-cu ildə SSRİ-nin geologiya naziri təyin olunub və Sovet İttifaqı dağılana qədər bu vəzifədə çalışıb.
2011-ci ildən 2023-cü ilə - antiterror əməliyyatına qədər Qarabağda yaşayıb və qondarma qurumun rəhbərinin “müşaviri” vəzifəsini tutub.
Mətləb